Volqo-Baltikin əsas magistral yolunda yeni navqasiya xətti açılıb

283

Rusiya Dəniz-Çay Donanmasının göstərişinə əsasən, 30 aprel 2021-ci il tarixdən Volqo-Baltik su yollarının əsas marşrut xəttində yeni naviqasiya xətti fəaliyyətə başlayıb.

“Seanews.az” xəbər verir ki, yeni naviqasiya xətti Sankt-Peterburqdan Çerepovetsə qədər gedən yolda açılıb.

Uzunluğu 805 kilometr olan yeni xətt Sankt-Peterburq şəhəri, Leninqrad və Voloqda bölgələrinin sərhədləri boyunca uzanır və Neva, Ladoqa Gölü, Svir, Vodorazdelnı Kanalı və Şeksnanın cənub marşrutunu əhatə edir.

Yeni naviqasiya xətti 20 ədəd tam heyətli briqadanın əməyi sayəsində ərsəyə gəlib.

Sankt-Peterburqdan Çerepovetsə gedən əsas marşrut boyunca, suya oturumu 3.75 metr olan gəmilərin keçməsi üçün 4 metrlik dərinlik qurulub.