Türkiyə beynəlxalq dəmir yolu daşımalarını 19%-dən çox artırıb

367

Bu ilin yanvar-aprel aylarında Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolları Daşımalarının (TCDD Taşımacılık AŞ) daxili daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 24,8%, beynəlxalq daşımaları isə 19,8% artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Hesabata əsasən, Türkiyə son 18 ildə həyata keçirdiyi prioritet dəmir yolu siyasəti, infrastrukturu yenilənmiş-modernləşdirilmiş Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti və Marmaray Boğaz Boru Keçidi ilə beynəlxalq dəmir yolu dəhlizində mühüm bir mərkəzə çevrilib.

Milli və yerli dəmir yolu sənayesinin inkişafı ilə müxtəlif növ vaqonlar istehsal olundu ki, bununla da, geniş çeşidli məhsullar daşımaq mümkün oldu.

Bu ilin ilk 45 ayında 255,222 min vaqon və 9,549 milyon ton yük daşınıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22% və 24,7% çoxdur. Hesabat dövründə beynəlxalq daşımalarda vaqon sayı 19,3% artaraq 36,698 minə, yükün həcmi isə 19,8% artaraq 1,367 milyon tona çatıb. Beləliklə, dəmir yolu daşımaların ümumi daşımalarda payı 5%-ə yüksəlib.