Vətənin çətin günündə səsinə hay verməyi müqəddəs borcu hesab edən ASCO əməkdaşı Kənan Haqverdiyev -VİDEO

211

Vətənin çətin günündə səsinə hay verməyi müqəddəs borcu hesab edən, torpaqlarımızın xilası üçün əlinə silah almaqdan iftixar duyan ASCO əməkdaşlarından biri də Kənan Haqverdiyevdir.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda çalışan Kənan Haqverdiyev deyir ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Ali Baş Komandanımız İlham Əliyevin cəsarəti, aslan kimi vuruşan qəhrəman Azərbaycan əsgərinin hünəri ilə azad edildi.