Gəmi təmirçilərinin ixtiyarına yeni futbol meydançası verilib

293

Ölkəmizdə idmanın inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə fəal dəstək verir.

Bu barədə “Report” ASCO-ya istinadən xəbər verir.

Bununla belə, ASCO-da əməkdaşların həyat və sağlamlıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və təkmilləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili də daim xüsusi diqqətdə saxlanılır. Bu məqsədlə daha bir mühüm addım atılıb. Belə ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində mini futbol meydançası istifadəyə verilib.

Uzunluğu 40 metr, eni 20 metr olan stadion beynəlxalq standartlar səviyyəsində inşa edilib, xüsusi ot örtüyü ilə döşənib.

Stadionun daxilində futbol yarışları ilə yanaşı, voleybol oyunlarının təşkili də mümkündür. Bunun üçün 18 metr uzunluğa, 9 metr enə malik xüsusi meydança təşkil olunub.

Stadion ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin, “Bibiheybət” Gəmi Təmiri Zavodunun təşəbbüsü ilə tikilib.