Azərbaycan ticarət əməliyyatlarında Bakı-Sian dəmiryol xəttindən istifadə etmək niyyətindədir

318

Azərbaycan idxal-ixrac əməliyyatlarını Bakı-Sian dəmir yolu xətti ilə həyata keçirmək niyyətindədir.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Çin Xalq Respublikasındakı nümayəndəsi Vaqif Mirişov deyib.

Onun sözlərinə görə, hazırda idxal-ixrac əməliyyatlarını gəmi vasitəsilə həyata keçirilir.

“Bakı-Sian xətti açılıb və bu xətt 14-15 günə malların ölkəmizə gətirilməsinə imkan verir. Qismət olsa, biz də artıq malları Bakı-Sian xətti ilə vurmaq istəyirik”, – deyə V. Mirişov qeyd edib.

ASK-nın Çindəki nümayəndəsi əlavə edib ki, əyər hazırda Çindən Azərbaycana 2 500 ABŞ dollara çatdırılan mal, Bakı-Sian xətti ilə 1 300 dollara başa gələcək. Bununla yanaşı, dəniz yolu ilə 45 günə gələn yükün Bakı-Sian xətti ilə daşınması cəmi 14-15 gün vaxt tələb edir.

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər aparılır. Bu dəhlizin açılması Bakı-Sian xəttinin səmərəliliyini daha da yüksəldəcək”, – deyə V. Mirişov qeyd edib.