Təcrübəli dənizçi Aydın Mahmudovu böyük hörmət və ehtiramla xatırlayırıq

377

Təcrübəli dənizçi, uzaq səfərlər kapitanı Aydın Mahmudovun vəfatından bir il ötür.

23 yaşından ömrünün sonunadək taleyini dənizlə bağlayan Aydın Mahmudov gəmiçilik fəaliyyətinə matros kimi başlayıb. Sonralar kapitanın III köməkçisi, kapitanın II köməkçisi, kapitanın böyük köməkçisi, kapitan pilləsinədək yüksəlib.

2000-ci ildə Donanmanın təmir planlaşdırma şöbəsinin rəisi, 2007-ci ildə Dəniz üzgüçülüyünün təhlükəsizliyi idarəsinin rəisi, 2014-cü ildən 2020-ci ilədək Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəisi vəzifəsini yerinə yetirib.

Onun gərgin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib, 2012-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Təcrübəli dənizçi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına da layiq görülüb. 

Aydın müəllimi onunla birlikdə işləyən yoldaşları hər zaman böyük hörmət və ehtiramla xatırlayırlar. O, həmkarlarının yaddaşında səmimi, mehriban, öz biliklərini gənc əməkdaşlarla həvəslə bölüşən təcrübəli mütəxəssis və təvəzökar insan kimi yadda qalıb. 

Allah rəhmət eləsin !