Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib

353

Baş nazir Əli Əsədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Qərara əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısına “Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” bəndi əlavə edilib.

Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısına “Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsi”, “Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat”, “Vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən tikilən və ya təmir edilən gəmilər üçün lazım olan malların idxalı üzrə)” bəndləri əlavə olunub.