Gəmi mühərrikləri istehsal edən konsorsium yaradılıb

259

“Kawasaki Heavy Industries,Ltd ”, “Yanmar Power Technology Co.Ltd” və “Japan Engine Corporation” şirkətləri okean və sahil gəmiləri üçün hidrogen yanacaqlı dəniz mühərriklərini birgə inkişaf etdirmək məqsədilə yeni konsorsium təsis ediblər.

Tullantıların miqdarını azaltmaq üçün gəmilərin bioyanacaqla işləyən mühərriklərə tələbatı gündən-günə artır. Bu baxımdan qlobal gəmiçilik sənayesində hidrogenlə işləyən mühərriklərə daha çox üstünlük verilir.

Yeni yaradılmış konsorsium 2025-ci ilədək hidrogenlə işləyən gəmi mühərriklərini Yaponiya bazarına çıxarmaq istəyir.

İstehsalçılar məhsullarının qlobal gəmiçilik sənayesində də maraqla qarşılanacağına  inanırlar.