Dünya bazarlarında təbii qaz bahalaşıb

228

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“APA-Economics”in məlumatına görə, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 1,5% artaraq 2,972 ABŞ dolları təşkil edib.