Roterdam Süveyş sıxlığını aradan qaldırdı

228

Süveyş kanalında baş verən tıxac nəticəsində marşrutdan çıxmış gəmilərin demək olar ki, hamısı Roterdam limanında boşaldılıb.

Limanda bu gəmilərə “Süveyş armadası” adı verilib.

Roterdam limanının administrasiyasından verilən məlumata görə, ümumilikdə 64 gəmidən 54-ü artıq boşaldılıb. Hal-hazırda növbəti 2 gəmi boşaldılır.

Yükaşırma müəssisəsində yarana biləcək tıxacın qarşısını almaq məqsədi ilə  bu sahənin assosiasiyaları nümayəndələrindən ibarət məsləhət qrupu yaradılıb. Bura  terminal operatorları, gəmi sahibləri, dəniz agentləri, gəmi brokerləri, həmçinin liman administrasiyasının əməkdaşları daxildir.

Terminaldan kənarda olan infrastrukturdan istifadəni optimallaşdırmaqla konteynerlərin terminalda qalma müddətinin azaldılmasına nail olunub