Tankerdə koronavirusa yoluxma halı qeydə alınıb

206

“FMT Bergama” adlı tankerin heyət üzvlərində COVİD-19 virusunun simptomları aşkar edilib.

“Seanews.az” xəbər verir ki, tanker Hollandiyada limanlar arasında keçid edərkən heyət üzvləri özlərini yaxşı hiss etmədiklərini bildiriblər.

Adı çəkilən tanker mayın 6-da Port-la-Nuvel limanından qayıdarkən, gəminin kapitanı heyət üzvlərinin arasında koronavirusun simptomlarının aşkar edildiyi barədə məlumat verib.

Gəmi lövbər dayanacağında dayanan zaman heyət üzvlərindən test nümunələri götürülüb. On iki nəfərin test nəticələri müsbət çıxıb. Onlardan iki nəfərinin vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.