Pərviz Şahbazov: “Qarabağda yaşıl enerji zonasının yaradılması ilə bağlı iş gedir”

309

Hazırda dövlət başçısının tapşırığı ilə Qarabağ regionunda yaşıl enerji zonasının yaradılması ilə bağlı iş gedir.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulur ki, regionda təsis edilən enerji mənbələri yaşıl enerjidən ibarət olacaq: “Bu ilk növbədə su elektrik stansiyalarıdır. Eyni zamanda, biz Qarabağ regionunda günəş və külək enerji ilə bağlı da iş aparıırıq”.