İki gözü olan balıqlar niyə dördgöz adlandırılır?

516

Dördgöz balıq ( four-eyed fishes)  Anablepidae fəsiləsindən olan balıq cinsidir. Digər adı isə Anablepdir. Şirin su balığı olan dördgözlər çayların palçıqlı hissəsində yaşayırlar, nadir hallarda çayın sahil hissələrində üzürlər. 

Cənubi Meksika, Honduras, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal bölgələrində yaşayan bu sümüklü və uzun  balıqların gözləri dörd deyil, sadəcə iki ədəddir. Bir toxuma cizgisi ilə gözləri iki yerə bölünür. Hər gözündə bir şeyə fokuslana bilmək üçün iki toxuma nöqtəsi var, bu da ayrı iki cüt göz mənasını verir. Ona görə də dördgöz adlanırlar.

Bu fokuslanma nöqtələri vasitəsilə o həm sudan kənarda olan böcəkləri görərək bəslənə bilir, həm də təhlükədən özünü qoruyur. Bir hissəsi suyun altını rahatlıqla gördüyü zaman, digəri quruda olan hər şeyi görür. Ona görə də dördgöz adlanırlar.

Ümumiyyətlə bu balıqlar başının bir hissəsini sudan çöldə, digər hissəsini isə suyun altında saxlayırlar. 32 sm uzunluğunda olan dördgözlər yumurtalarını bətnində yetişdirir və diri bala doğurlar. Böcəklər, onurğasız, kiçik onurğalılar və balıqlarla qidalanırlar. 

Ətrafı daha rahatlıqla görmək üçün başlarını tez-tez suya salıb çıxarırlar. Cəm halında yaşamağı sevirlər.

seanews.az