Süveyş kanalındakı “əsrin tıxacı” ABŞ-da təkrarlana bilər

313

Bu ilin mart ayında Süveyş kanalındakı gəmilərin hərəkətini iflic edən tıxac ABŞ-ın Missisipi çayında təkrarlana bilər.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Missisipi çayı üzərində körpünün strukturunda əmələ gələn çat səbəbindən çay ilə gəmilərin hərəkəti dayandırılıb və hazırda 700-ə yaxın su nəqliyyat vasitəsitıxacda qalıb. Körpü təcili olaraq təmirə bağlanılıb.

Hökumət boş gəmilərlə nə edəcəyini hələ bilmir. Bu, ABŞ-da ən böyük su yoludur. Sözügedən yolla əsasən kənd təsərrüfatı məhsulları ixrac olunur.

Ekspertlərin fikrincə, tıxac milyonlarla dolları aşacaq itkilərə səbəb olacaq. Belə ki, kollaps marşrutun ən yüklü vaxtda baş verib.

ABŞ Nəqliyyat Nazirliyi hələlik Missisipi üzrə hərəkətin nə vaxt bərpa olunacağını açıqlamayıb, yalnız körpünün bir neçə aya bağlana biləcəyi bildirilib.