Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 % azalıb

219

Bu il yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 9,893 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Bu ilin ilk 4 ayında xarici ticarət 6,364 milyard ABŞ dolları ixracın, 3,529 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,9 % çox, idxal isə 4,3 % artıb.

Son nəticədə xarici ticarətdə 2,835 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3 % azdır.