Dünya dənizçiləri arasında koronavirusa yoluxma halları artır

184

Dünya sularında üzən gəmilərdə çalışan və növbə dəyişməyə gələn dənizçilər arasında koronavirusa yoluxma faktları artır.  

“Seanews.az” xarici KİV-lərə istinadən xəbər verir ki, əvvəllər virusa yoluxmuş dənizçilər gəmidə karantinə alınaraq müalicə edilirdisə, indi onların xəstəxana şəraitində stasionar müalicəyə cəlb olunmasına ehtiyac duyulur. 

Ekspertlərin sözlərinə görə, dənizçilərin “COVİD-19” infeksiyasının yeni ştamlarına yoluxması nəticəsində gəmi yükdaşımalarında fasilələr yarana bilər. Bu səbəbdən bütün gəmi adamlarının təcili şəkildə pevəndlənməsi vacibdir.