Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

206

Yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 532 milyon 593 min ABŞ dollarlıq məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 94 milyon 663 min dollar çoxdur.

Cari ilin 4 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 893 milyon 581 min dollar olub.