Quru yük gəmisinə rotorlu yelkən sistemi quraşdırılıb

211

Çinin yeni inşa edilmiş “Sea Zhoushan” adlı quru yük gəmisinə rotorlu yelkən sistemi quraşdırılıb. 

“Seanews.az” xəbər verir ki, sistemin quraşdırılmasını Finlandiyanın “Norsepower” mühəndis şirkəti həyata keçirib.  

Rotorlu yelkənlər tullantıların ildə 3.4 min ton azalmasına kömək edəcək. Yelkənlərin qatlanmaq xüsusiyyətinə malik olması isə yükləmə və boşaltma prosesinə mane olmayacaq.  

Yeni  mexanizmin silindrinin diametri 4, yelkənin hündürlüyü  24 metrdir. 

Layihə uğurla sınaqdan keçərsə, bu təcrübə şirkətin digər gəmilərində də həyata keçiriləcək. 

Qeyd edək ki, “Sea Zhoushan” Braziliyanın “Vale” mədən şirkəti tərəfindən kirayəyə götürülüb və filiz daşımaları üçün istismar ediləcək.

Yaxın günlərdə “Sea Zhoushan” gəmisi Çindən Braziliyaya ilk səfərini edəcək.