Yoldaşlıq yarışmasının nəticələri məlum olub

196

Azərbaycan Yelkənli İdman Federasiyasının ötən həftəsonu təşkil etdiyi yoldaşlıq yarışmasının nəticələri elan olunub.

Xatırladaq ki, “Optimist” sinfi üzrə təşkil edilmiş yarışmalarda “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun iki üzvü – Nikita Protasov və Ülviyyə Əhmədova da qatılmışdı.

Yarışmanın ilk üçlüyünə Kristina Kərimova (5 xal), Fidan Ağazadə (6 xal), Bahadır Məmmədli (12 xal) daxil olublar.

Ümumilikdə 16 nəfərin iştirak etdiyi yarışmanın nəticələrinə görə, klubun üzvləri Ülviyyə Əhmədova 20 xalla 5-ci yerdə, Nikita Protasov isə 28 xalla 9-cu yerdə qərarlaşıb. 

seanews.az