“Dənizçilərə Sosial Dəstək ” İB tədbir keçirdi, diplomlar təqdim etdi

245

“Dənizçilərə Sosial Dəstək” (DSD) İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından bir il ötür. Bu münasibətlə dünən, may ayının 24-də İctimai Birliyin rəhbərliyi, üzvləri və tanınmış dənizçilərin iştirakı ilə  Birliyin Xətai rayonu Xəzər 1 küçəsində yerləşən ofisində tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan birliyin sədri, şair, gəmi kapitanı Faiq Balabəyli bir il ərzində görülən işlər barədə geniş  hesabat verib. Bu haqda Müstəqil.Az-a “DSD” İB-nin mətbuat xidmətinin rəhbəri Fərrux Həmidli məlumat verib.

Hesabat tədbirində Birliyin fəaliyyətində yaxından iştirak edən dənizçilər və ayrı-ayrı peşə sahibləri beş adda diplomla təltif olunublar. Təltif olunanlara diplomlarla yanaşı “DSD”İB-nin təşəbbüsü ilə tərtib edilərək şəhid general, Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş “Qarabağ müharibəsinin ilk qalib generalı” kitabı da təqdim olunub.

“DSD”İB-nin təsis etdiyi medalların və təltif olunanların siyahısını təqdim edirik.
I

Vətən müharibəsi zamanı ön cəbhədə göstərdiyi xidmətlərə görə “VƏTƏN NAMİNƏ” medalı ilə təltif olunanlar

1.Şəhid Məmmədağa Səfərov,

2.Nəzrəddin Əhmədzadə , AXDG – QSC-nin Rejim üzrə sədr  müavini
3. Rəşad Hüseynov, AXDG – QSC-nin məxfi idarəsinin rəisi

4.Səbuhi Kazımov, AXDG-QSC ,XDND , mühəndis

(Bu medalla II Qarabağ savaşında vuruşmuş bütün dənizçilər və dənizçi övladları təltif olunub. DSD İB dən verilən məlumatda bildirilir ki, Silahlı Qüvvələrin yarandığı və Qələbə gününə qədər hər kəsə həm diplomlar, həm də döş nişanları təqdim olunacaq.)

II

Vətən Müharibəsi zamanı arxa cəbhədə Silahlı Qüvvələrimizə göstərdiyi dəstəyə görə “ORDUNUN DOSTU” medalı ilə təltif olunanlar.

1.Nazim Həbibov, Uzaq Səfərlər kapitanı Birləşmiş

2.Mehti Yusifov, Baş mexannik

3.Araz Sultan Həsənov, Uzaq səfərlər kapitanı

4. Zaur Novruzov, kapitan

III

Uzun müddətli şərəfli dənizçi həyatına və səmərəli fəaliyyətinə görə “DƏNİZ FATEHİ” diplomu ilə təltif olunanlar

1.Ağalar İbrahimov, təqaüddə olan kapitan

2.Nazim Həbibov, Uzaq səfərlər kapitanı
3.Seyfulla Əliyev, Kapitan, BUE CASPİAN şirkəti

4.Bafadar İbrahimli, Uzaq səfərlər kapitanı

5. Təvəkkül Bağırov, kapitan, Liman nəzarətçisi

IV

Ağır və şərəfli dənizçi həyatını əks etdirən dolğun əsərlərinə görə “NEPTUN” diplomu ilə təltif olunanlar

1.Hüseyn Sözlü, ADDA-nın baş müəllimi DSD İB-nin sədr müavini, şair- bəstəkar, veteran dənizçi

2.Sehran Allahverdi, Rəssam

3.Adgözəl Məmmədov, politoloq, yazar

Ağır və şərəfli dənizçi həyatını əks etdirən məqalə və xəbərləri vaxtaşırı işıqlandırdığına görə “NEPTUN” diplomu ilə təltif olunanlar.

1. SeaNews.az saytı

2.Qaynarinfo.az  saytı

V

Gənc dənizçi nəslinin formalaşması və təlim tərbiyəsində uzun müddətli pedoqoji fəaliyyətinə görə “STİMUL” diplomu ilə təltif olunanlar


1. Elnur Abbasov, ADDA-nın “Gəmi sürücülüyü” fakultəsinin dekanı

2.Nizami Alməmmədov, ADDA-nın ” Gəmi energetik qurğuları ” kafedrasının baş müəllimi

3. Rahab Tahirov, ADDA-nın ” Gəmi energetik qurğuları ” kafedrasının baş müəllimi
4.Cavanşir Rəcəbli, AXDG QSC  ADDA Təlim Tədris Mərkzinin Baş təlimatçısı

Tural Balabəyli