BGTZ əməkdaşlarının övladları arasında futbol yarışı təşkil olunub

271

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun (BGTZ) əməkdaşlarının övladları arasında futbol yarışı keçirilib.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir BGTZ-nin yeni istifadəyə verilmiş idman meydançasında baş tutub.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə baş tutan yarışın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.

Yarışın sonunda bütün uşaqlara həm ASCO-nun, həm də “Səbail” Futbol Klubunun adından hədiyyələr verilib.

seanews.az