Dəniz quldurları 5 nəfər dənizçini girov götürüblər

221

“İRİS S” adlı balıqçı gəmisi Tema (Qana) şəhərindən 145 dəniz mili aralıda, cənub-şərq istiqamətində dəniz quldurlarının hücumuna məruz qalıb.

“Seanews.az” xəbər verir ki, quldurlar üzən vasitəyə balıq ovlanan zaman girməyə nail olublar.

Hücum zamanı quldurlar gəmidən 5 nəfər heyət üzvünü girov götürərək gəmini tərk ediblər. Baş vermiş hadisədən qısa bir müddət sonra gəmi üzməyə davam edib və yaxınlıqdakı körpüyə yan alıb.