İran hərbi gəmiləri ABŞ-a doğru üzür

220

ABŞ-a doğru üzən İran Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi tezliklə Atlantik okeanına daxil olacaq.

Bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Məlumata əsasən, Bayden administrasiyası hadisəni təxribat kimi qiymətləndirib.

Bildirilib ki, ABŞ bir həftəyə yaxındır İranın neft tankerini müşahidə edir. Peyk görüntülərinə əsasən, onun göyərtəsində 7 ədəd yüksəksürətli raket gəmiləri daşınır. Bununla yanaşı, ilkin ehtimala görə Venesuelaya üzən İran freqatı da müşahidə altındadır.

ABŞ senatoru Marko Rubio İranın bu addımının ABŞ-a güc nümayişi olduğunu bəyan edib. İran XİN-in nümayəndəsi Səid Xətibzadə isə ölkələri tələsik nəticələr çıxarmamağa çağırıb.