“Cəlil Məmmədquluzadə” gəmisinin böyük mexaniki Amil Hacıyev vəfat edib

480

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasının balansında olan “Cəlil Məmmədquluzadə” gəmisinin böyük mexaniki Amil Hacıyev vəfat edib.

Amil Hacıyev 1965-ci il martın 3-də Masallıda anadan olub. 1985-ci ildə Bakı Dəniz Yolları Məktəbini, 1989-cu ildə Odessa Ali Dənizçilik Məktəbini bitirib.

O, ömrünün 32 ilini dənizçilik sahəsinə həsr edib.

Əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində dördüncü mexanik kimi başlayan Amil Hacıyev “Nəriman Nərimanov”, “Xocavənd”, “Babək” və s kimi gəmilərdə çalışıb.

Amil Hacıyev mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımız Amil Hacıyevin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!