Türkiyədə ən böyük dənizt təmizləmə səfərbərliyi davam edir

204

Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə Türkiyədə başladılan dəniztəmizləmə səfərbərliyi tam gücü ilə davam edir.

AZƏRTAC xəbər verir ki, aparılan araşdırmanın nəticəsinə əsasən, burada toplanan qatı selik təbəqəsinin təhlükəli bir tullantı olmadığı və ya zəhərli xüsusiyyət göstərmədiyi müəyyən edilib. Bu barədə qardaş ölkənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.

Qeyd edilib ki, iyunun 8-də Türkiyədə başladılan ən böyük dəniztəmizləmə səfərbərliyində indiyədək İstanbul, Balıkesir, Kocaeli, Yalova, Bursa, Çanaqqala, Tekirdağ vilayətləri olmaqla ümumilikdə 169 bölgə təmizlənib. Səfərbərliyə nazirlik, valiliklər və bələdiyyə işçilərindən ibarət 1550 nəfər, eləcə də 46 qayıq və çox sayda texnika cəlb edilib. İndiyədək dənizdən ümumilikdı 2 min 684 kubmetr selik çıxarılıb.

Dənizdə yaranan seliyin araşdırılması üçün fərqli nöqtələrdən 550 nümunə götürülüb. Başladılan araşdırma nəticəsində baş verən hadisədə əlaqəsi olması şübhəsi ilə bir sıra iş yeri bağlanıb