Fransada ilk yelkənli quru yük gəmisi inşa ediləcək

267

Fransanın “Neoline” şirkəti dünyanın ilk yelkənli quru yük gəmisini inşa etdirəcək.

“Seanews.az” xəbər verir ki, adıçəkilən şirkət artıq digər beynəlxalq fransız şirkəti “Neopolia Mobility” ilə gəminin inşası üçün müqavilə imzalayıb.

Məlumata görə, “Neoline” şirkəti 2 yelkənli quru yük gəmisi inşa etdirəcək.

Uzunluğu 136 metr olacaq yeni üzən vasitə 500 avtomobil və 280 konteyner daşıya biləcək. Gəminin 2024-cü ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Gəmilər Fransa – Baltimor marşrut xətti üzrə istismar ediləcək.