Nəqliyyat kollapsı səbəbindən dəniz daşımalarının qiyməti dəfələrlə artıb

282

Mart ayında Süveyş kanalının bloklanmasından sonra nəqliyyat sahəsi hələ də özünə gələ bilməyib. Daha bir problem isə Çinin COVID-19 səbəbindən Yantyan dəniz terminalını bağlaması ilə bağlıdır.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Avropaya 40 futluq bir konteynerin göndərilməsi 11 min ABŞ dollarına başa gəlir.

May ayında bu, 8,5min ABŞ dolları, 2020-ci ilin oktyabrında isə min ABŞ dollarına başa gəlirdi.

Hazırda Çinin sözügedən terminalında iş yalnız 70 % bərpa edilib.