ADDA-da imtahan sessiyası başa çatıb

223

İyunun 24-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının son imtahanı keçirilib.

ADDA-nın 2 fakültəsinin 4 ixtisası üzrə bakalavr və magistratura pilləsində təhsil alan tələbələr sessiya ərzində ümumilikdə 300-ə yaxın fəndən imtahan veriblər.

Nazirlər Kabinetinin qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahan sessiyası bakalavriat pilləsində təhsil alan tələbələr üçün onlayn-test, magistrantlar üçün isə ənənəvi qaydada yazılı üsulla keçirilib.

Təkrar ali təhsildə (qiyabi formada) oxuyanların imtahan sessiyası isə mayda başa çatıb.

Yaxın günlərdə yaz imtahan sessiyasının ümumi nəticələri haqqında ətraflı məlumat veriləcək.