FHN: Gün ərzində 5 nəfər dənizdə batmaq təhlükəsindən xilas edilib

322

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, bu gün bir neçə nəfər Xəzərdə batmaq təhlükəsi ilə üzləşib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularında xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.