Türkiyədə 60-a yaxın miqrant dənizdə batmaqdan xilas edilib

195

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə batmaq təhlükəsi ilə üzləşən onlarla miqrantı xilas edib.

“Report”un məlumatına görə, Sahil Mühafizə Xidmətinin əməkdaşları Çanaqqala şəhəri yaxınlığında yelkənli gəmidə xeyli sayda qanunsuz miqrantın boğulma təhlükəsi ilə qarşılaşdığına dair məlumat əldə edib. Xidmətin əməkdaşlarının həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 59 nəfər qanunsuz miqrant xilas olunub.

Onlara Türkiyənin aidiyyəti orqanı tərəfindən yardım göstərilib. Miqrantlar müvafiq qaydada yerli miqrasiya qurumuna təhvil veriliblər.