“Bibiheybət” Gəmi Təmiri Zavodunda mini-futbol turniri keçirilib

217

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun futbol meydançasında mini-futbol turniri keçirilib.

Turnir Zavodun veteran əməkdaşı və futbolçusu Fuad Rüstəmovun şərəfinə təşkil olunub.

6 komandanın iştirak etdiyi oyunun qalibi Tərsanə Bölməsi olub. Belə ki, finalda Təmizləmə-Rəngləmə Bölməsi ilə üz-üzə gələn Tərsanə Bölməsi 4-2 hesabı ilə qələbə əldə edib.