“SOCAR New Energy” Ukrayna treyderləri ilə müqavilələr imzalayıb

207

Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə təsis etdiyi “SOCAR New Energy” şirkəti Ukraynanın mayeləşdirilmiş neft qazı (LPG) tədarük edən şirkətləri ilə yeni avtomobil qazının tədarükü üçün TERM-müqavilələr imzalayıb.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Enkorr” saytına treyderlərin özləri bildirilblər.

“SOCAR New Energy” hər ay Ukraynaya 37 min ton LPG tədarük etmək niiyyətindədir. Bütün həcmlər uzunmüddətli sazişlər rejimində satılıb.

Treyderlər bildirirlər ki, TERM-müqavilələr “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edib.

Məlumata görə, “SOCAR New Energy” OKKO, WOG, “Avtotrans”, “Nadejda”, “Eurogasgrupp” “BRSM-Nafta”, KLO və “SOCAR Ukraine” şirkətləri ilə uzunmüddətli müqavilələr imzalayıb. Müqavilələr 2021-ci ilin oktyabr ayına qədər qüvvədə olacaq.