BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 %-dək azalıb

279

Bu ilin ilk yarım ilində Azərbaycanın magistral neft kəmərləri ilə 17 milyon 458,1 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 74,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyun ayları ərzində bu neft kəməri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 4,9 % az olub.

Hesabat dövründə BTC vasitəsilə 13 milyon 072,3 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 11 % azdır.

Bu dövr ərzində BTC kəməri ilə 1 milyon 649,8 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 21,4 % azdır.