“Aleksandr” quru yük gəmisi Don çayında saya oturub

176

Türkiyədən Azov limanına səfər edən “Aleksandr” quru yük gəmisi Rostov vilayətindəki Don çayında saya oturub.

“Seanews.az” xəbər verir ki, hadisə barədə  Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

Heyəti 12 nəfərdən ibarət olan gəmi Rusiyanın Novorossiysk limanında qeydiyyatdadır. 

Qəza nəticəsində çaya yanacaq sızması qeydə alınmayıb. Don çayı boyunca gəmilərin hərəkətinə də maneə yaranmayıb.

Nazirlikdən bildirilib ki, hazırda yedək gəmisi anbarları qablama materialları ilə dolu “Aleksandr”quru yük gəmisini saydan çıxarmaq üçün hadisə yerinə istiqamət götürüb.