İndoneziyada balıqçıların qayıqları aşıb, 9 nəfər ölüb, 47 nəfər itkin düşüb

198

İndoneziyanın Borneo adasında yerləşən Qərbi Kalimantan əyalətinə yaxın ərazidəki sularda baş verən fırtına zamanı balıqçı qayıqlarının aşması nəticəsində 9 nəfər ölüb, 47 nəfər itkin düşüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı İndoneziyanın Axtarış-Xilasetmə Ofisi yayıb.

Bildirilib ki, iyulun 14-də Qərbi Kalimantan əyalətinə yaxın ərazidəki sularda göyərtələrində 136 nəfər olan 14 balıqçı qayığı aşıb.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 80 balıqçı sağ xilas edilib, 9 nəfərin meyiti çıxarılıb, 47 nəfər itkin düşüb.

İtkin düşənlərin axtarışı davam edir.