Kanada kruiz laynerlərini noybardan ərazi sularına buraxacaq

207

Kanada hökuməti 1 noyabrdan etibarən kruiz laynerlərini ərazi sularına və limanlarına girməsinə icazə verəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

“Nəqliyyat naziri Ömər Algabra 1 noyabr 2021-ci il tarixindən etibarən kruiz gəmilərinin Kanadanın ərazi sularına girməsinə qoyulan qadağanın operatorlarının bütün təhlükəsizlik tələblərinə əməl edəcəyi halda artıq qüvvədə olmayacağını açıqladı”, – qurumdan bildirilirb.

Kanada Nəqliyyat Nazirliyinin məlumatına əsasən, bu sənaye hər il Kanada iqtisadiyyatına 4 milyard dollardan çox gəlir gətirir və 30 min vətəndaşı işlə təmin edir.