“Lukoil” neft qiymətləri üzrə proqnozunu açıqlayıb

191

Rusiyanın “Lukoil” şirkəti yaxın gələcəkdə bir barel neftin qiymətlərinin 68-75 ABŞ dolları civarında olacağını gözləyir.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Lukoil”ın prezidenti Vahid Ələkbərov deyib.

Qeyd edək ki, hazırda “Brent” neftinin qiyməti 72,75 dollar, WTI markalı neftin qiyməti isə 70,78 dollar təşkil edir.