“Ever Given” yükdən xilas edildikdən sonra təmirə dayanacaq – VİDEO

206

Mart ayının sonunda saya oturduğu üşün Süveyş kanalını bir həftə boyunca bağlayan “Ever Given” konteyner gəmisi bu gün yerli vaxtla səhər 5:00-da Rotterdama gəlib.

“Seanews.az” xəbər verir ki, göyərtəsində 18 min TEU konteynerin olduğu nəhəngin yükünün yarısı burada boşaldılacaq.  

Avqustun 2-də isə gəmi İngiltərə sularında olmalıdır. Qalan konteynerlərin Felikstoy limanında boşaldılması nəzərdə tutulur.

Gəmi yükdən azad edildikdən sonra qəza nəticəsində dəyən zərərin hərtərəfli araşdırılması üçün konteynerdaşıyan istismardan çıxarılacaq.

Bundan sonra “Ever Given” şübhəsiz ki, təmirə dayanacaq.