Aralıq dənizində batmaq üzrə olan qayıqdan 400-dən çox adam xilas edilib

190

Bazar günü gecə saatlarında Aralıq dənizində batmaq üzrə olan qayıqdan təxminən 400 nəfər xilas edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın “SOS Mediterranee” qeyri-hökumət təşkilatı məlumat yayıb.

“Gecə boyu səhərə qədər “Sea-Watch International” və “RESQSHIP” (qeyri-hökumət təşkilatları – Red.) ilə birlikdə batmağa başlayan taxta qayıqdan təxminən 400 nəfərin xilas edilməsi üçün vacib əməliyyat həyata keçirdik”, – deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Təşkilatların gəmiləri tərəfindən 449 nəfər xilas edilib, onlara hazırda yardım göstərilir.