Veteran dənizçi: “Azərbaycanda belə gəmi-muzeyin olması məni çox sevindirir”

194

Ömrünün 47 ilini dənizçilik sahəsinə həsr edən Əməkdar mühəndis İsrail Bayramov “Azərbaycan Xəzər Dəniz Gəmiçiyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Veteran dənizçi muzeyin ekspozisiya zalları ilə yaxından tanış olub. O bildirib ki, ölkəmizdə belə bir tanker-muzeyin yaradılması mühüm əhəmiyyətə malikdir. Bu həm Azərbaycanın qədim dənizçilik ənənələrinin yaşadılması, həm də dənizçilərin çətin və məsuliyyətli işlərinin geniş ictimaiyyətə çatdırılması baxımdan vacibdir.

Muzeylə tanış olduqdan sonra İsrail Bayramov “Fəxri Qonaqlar” kitabına öz fikirlərini yazıb. Ölkəmizdə belə-bir gəminin onu çox sevindirdiyini qeyd edən dənizçi buradan xoş təəssüratlarla ayrıldığını bildirib.

seanews.az