BP-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 6% azalıb

173

Bu il iyulun 1-nə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olub

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 5,6% azdır.

İşçi sayına müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, – deyə şirkət bəyan edib.