Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib

305

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib.

Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.

Balaca ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.

Mənbə:https://www.seanews.az/