Novorossiysk limanı neftin aşırılmasını 14% azaldıb

273

Bu ilin ilk yarısında “Novorossiysk Dəniz Ticarət Limanı” Qrupu 27,25 mln. tona yaxın neft aşırıb ki, bu da illik müqayisədə 13,9% azdır.

“APA-Economics”in limana istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-iyun aylarında bu göstərici 31,63 mln. ton səviyyəsində idi.

Məlumata görə, hesabat dövründə Novorossiysk limanı 58,43 mln. ton müxtəlif növ yük aşırıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Qeyd etmək lazımdır ki, SOCAR Bakı-Novorossiysk kəməri vasitəsi ilə neft ixrac edir. Kəmərinin uzunluğu 1 330 kilometr, diametri isə 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.