Gələcəyin üzən ekoşəhəri

305

Belçikalı memar Vincent Callebot gələcəyin üzən ekoşəhəri layihəsini təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihədə suyun səthində tikilə biləcək futuristik bir şəhər konsepsiyası təklif olunub.

Şəhərin tikintisində əsasən təkrar emal edilmiş plastik tullantılardan və yosunlardan istifadə ediləcək.

Yaşayış binaları formaca meduzaya bənzəyəcək. Hər bir yaşayış binasının diametri təxminən 500 metr olacaq. Suyun üzərindəki şəhər 20 minə qədər sakini qəbul edə biləcək. Binalar 3D printerlərində çap olunacaq.