“Xəzər Günü” ilə əlaqədar Dənizkənarı Milli Park ərazisində dəniz sahili tullantılardan təmizlənib

367

12 avqust “Xəzər günü” ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin təşəbbüsü ilə Dənizkənarı Milli Park ərazisində dəniz sahili plastik və digər tullantılardan təmizlənib.

“Bulvar 1” gəmisi ilə toplanan tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Qeyd edək ki, ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. 

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

seanews.az