Süveyş Kanalında “Svitzer”-in daha iki yedək gəmisi istifadəyə veriləcək

284

“Svitzer” yedək şirkəti Süveyş Kanalı İdarəsi ilə vaxtını uzatdığı müqaviləyə iki yedək gəmisi əlavə edib. Hər iki gəmi Qırmızı dənizdə, Süveyş kanalının girişində yedək xidməti göstərəcək.

“Seanews.az” xəbər verir ki, “Cheoy Lee” gəmiqayırma zavodunda inşa edilən bu gəmilər Misir dənizçiləri tərəfindən idarə olunacaq. Əməliyyatlara 2021-ci ilin dördüncü rübündə başlanması planlaşdırılır.

Yeni yedək gəmiləri mövcud donanmanı əhəmiyyətli dərəcədə gücləndirəcək və qlobal ticarətin həcmi artdıqca kanaldan keçən gəmilərə zəruri yedəkləmə xidmətləri göstərməklə daha etibarlı fəaliyyətini təmin edəcək.

Şirkət, 2019-cu ilin sonundan Port Səiddən işləyən gəmiləri ilə kanalın Aralıq dənizi tərəfindəki girişində yedək xidmətləri göstərir.

12 ölkənin yeddi limanı və 11 terminalında işləyən “Svitzer” şirkəti 85-dən çox gəmidən ibarət donanması ilə Afrika, Yaxın Şərq və Asiya bölgəsində iri yedək təchizatçısıdır.