Livanda tankerin partlaması nəticəsində ölənlərin sayı 28-ə çatıb

295

Livanın şimal-qərbində maye qaz tankerinin partlaması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, hadisə Akkarda baş verib. Partlayış nəticəsində daha bir neçə nəfərin itkin düşdüyü bildirilir.

Partlayışın başvermə səbəbi araşdırılır.05:15