Atlantik okeanında mühərriki nasaz olan gəmidə 47 miqrant aclıqdan ölüb

212

Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Gəmi sulara açıldıqdan bir-iki gün sonra Atlantik okeanında mühərriki sıradan çıxıb. Bir neçə gün sonra gəmidə qida və su ehtiyatı tükənib və miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.

Ötən gün gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib. Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin – bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 nəfər ölüb.