“Puma” və “Nika” yaxtaları əsaslı təmirdən sonra istismara qaytarılıb

202

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubuna məxsus “Puma” və “Nika” yaxtaları əsaslı təmir edilərək yenidən istismara qaytarılıb.

Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Hər iki yaxtanın gövdəsi yenilənib, sualtı və suüstü hissələri mexaniki üsulla təmizləndikdən sonra rənglənib. Yaxtalarda izolyasiya, dülgər, elektrik işləri yüksək peşəkarlıqla yerinə yetirilib. Onlar radio əlaqə üçün ratsiya ilə təchiz edilib.

“Puma” üçün su çəni hazırlanıb və quraşdırılıb.

Xatırladaq ki, bu yaxtalardan dəniz gəzintisində, yarışlarda, təlim və tədrisdə istifadə olunur. Azərbaycan Dəniz Akademiyasının tələbələri sözügedən üzən vasitələrin köməkliyi ilə yelkənli idmanın əsaslarını və dəniz düyünlərinin bağlanmasını öyrənirlər.

seanews.az