Türkiyədə ilk yerli sualtı qayıq hazırlanacaq

226

Türkiyə ilk dəfə yerli və milli imkanlar hesabına mini sualtı qayıq istehsal etməyə hazırlaşır.

Trend-in məlumatına görə, Türkiyədə keçirilən “İDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “STM 500” adlı mini sualtı qayığın layihəsi və xüsusiyyətləri təqdim olunub.

Bildirilib ki, sualtı gəmi 18 nəfərlik heyət və əlavə olaraq 6 nəfərlik xüsusi qüvvə ilə 30 gün müddətində dənizdə tapşırıq icra edə bilər.

Uzunluğu 42, hündürlüyü 8,5 metr olan “STM 500″də 4 ədəd atəşə hazır torpido qurğusu olmaqla ümumilikdə 8 ağır torpido və idarə olunan raket sistemi var.

Çoxfunksiyalı mini sualtı qayıq 250 metr dərinliyə qədər enə bilir.

Mütəxəssislərin fikrincə Egey və Aralıq dənizi kimi dayaz sularda geniş istifadə imkanı olan mini sualtı qayığın ixrac potensialı da böyükdür.